Allahşükür Paşazadənin də nümunə götürə biləcəyi yenilik – Müsəlmanlar üçün yeni sistem tətbiq edildibackend

Allahşükür Paşazadənin də nümunə götürə biləcəyi yenilik - Müsəlmanlar üçün yeni sistem tətbiq edildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, vətəndaşların dini suallarını cavablandırmaq üçün Özbəkistan Müsəlmanları İdarəsi namazla bağlı dini suallara telefon cavabları sistemi qurub.

Qeyd edək ki, hazırda müsəlman dindarlar 78-150-33-44 nömrəli zəng mərkəzi vasitəsilə suallarına cavab ala bilərlər. Bu barədə Aparatın mətbuat xidməti də məlumat yayıb.

Çağrı mərkəzi bazar ertəsi-şənbə günləri 9: 00-dan 17: 00-dək (namaz saatları, istirahət günü – bazar günü istisna olmaqla) açıqdır. İxtisaslı mütəxəssislər fətva sahəsində də suallara cavab verəcəklərini qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*