Almaniya kansleri: “Putinin istədiyi kimi heç bir məcburi sülh olmayacaq”backend

Almaniya kansleri: "Putinin istədiyi kimi heç bir məcburi sülh olmayacaq"

Almaniya Rusiya Federasiyası ilə sülh müqaviləsi çərçivəsində Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.

KONKRET.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz “Spiegel”ə müsahibəsində deyib ki, bu sənəd Ukrayna tərəfinə gələcəkdə özünü qorumağa imkan verəcək.

Onun sözlərinə görə, bu gün üçün ən vacibi atəşkəs və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır:

“Ukraynanın gələcəkdə özünü müdafiə etməsinə imkan verəcək sülh müqaviləsi olmalıdır. Biz onun təhlükəsizliyinə təminat vermək üçün hər şeyi edəcəyik. Və biz zamin kimi hazırıq. Rusiya prezidenti Putinin istədiyi kimi sülh olmayacaq”.

Natiq Səlim,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*