Almaniyada sığınacaq istəyən vətəndaşlarımızın sayı məlum olubbackend

Almaniyada sığınacaq istəyən vətəndaşlarımızın sayı məlum olub

2020-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub.

KONKRET.az xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) report-un sorğusuna cavab olaraq bildirib ki, keçən il federal idarəyə 748 Azərbaycan Respublikası vətəndaşı tərəfindən qaçqın statusu üçün müraciət daxil olub. Onlardan 435-nin müraciəti ilk dəfə, 313-nün müraciəti isə təkrar olaraq qeydə alınıb.

BAMF-dan bildirilib ki, 2020-ci ildə federal idarə ümumilikdə 145 071 müxtəlif ölkə vətəndaşlarının qaçqın statusu üçün ərizəsini qeydə alıb. Bu, 2019-cu ilin statistikası ilə müqayisədə 15% azalma deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*