Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb.
Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manata yüksəlib. Türkiyə lirəsinin məzənnəsində dəyişiklik qeydə alınmayıb və 0,0367 manat təşkil edib.
Rusiya rublu isə ucuzlaşıb. Belə ki, 100 rublun məzənnəsi 2,3410 manata enib.
Qiymətli metallar bazarında da yenilənmiş göstəricilər açıqlanıb. Bir unsiya qızılın qiyməti 7354,8545 manat, gümüşün qiyməti 119,1156 manat, platinin qiyməti 3050,2250 manat, palladiumun qiyməti isə 2286,2450 manat müəyyən edilib.
