“AMEA-da maaşlar çox aşağıdır” – Ramiz Mehdiyevbackend

“AMEA-da maaşlar çox aşağıdır” - Ramiz Mehdiyev

“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib:

“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.

Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabat məruzələri ilə çıxış ediblər.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*