ANAMA-da Qarabağda aşkarlanan təhlükəli sursatların sərgisi keçirildi – VİDEObackend

ANAMA-da Qarabağda aşkarlanan təhlükəli sursatların sərgisi keçirildi - VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) işğaldan azad olunmuş ərazilərdə aşkarlanan təhlükəli sursatlar; minalar, qumbaralar və mina dedektivinin sərgisi təşkil olunub.

KONKRET.az xəbər verir ki, sərgi barədə ANAMA-nın Əməliyyat İdarəsinin Təlim və Keyfiyyətə Təminat Şöbəsinin baş mütəxəssisi Musa Məmmədov məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, sərgilənən eksponatlar tank və piyada əleyhinə minalar, əl və silah qumbaralarıdır.

O qeyd edib ki, minalar müxtəlif təyinatlı olur. Buna həm yaralama, həm də öldürmə daxildir.

/oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*