Ancelina Coli Uinston Çörçilin tablosunu satır – FOTObackend

Ancelina Coli Uinston Çörçilin tablosunu satır - FOTO

Dünyaca məşhur aktrisa, Hollivud ulduzu Ancelina Coli İngiltərənin Baş Naziri olmuş Uinston Çörçilin çəkdiyi tablonu satır.

KONKRET.az NTV-yə istinadən xəbər verir ki, “Tower of the Koutoubia Mosque” adlı tablo İngiltərədəki “Christie’s” Hərrac Evində 1 martda satışa çıxarılacaq.

Çörçil bu ilk və tək əsərini 1943-cü il İkinci Dünya müharibəsi zamanı çəkib və onu ABŞ-ın 32-ci Prezidenti Franklin Delano Ruzveltə hədiyyə edib.

Ruzveltin ölümündən sonra tablo onun oğlu Eliot Ruzveltə qalıb. Nəhayət, 2011-ci ildə Yeni Orleandakı hərracda əsəri Ancelina Coli alıb.

Hərrac evinin nümayəndələri tablonun 1,5 -2,5 milyon sterling arasında satılacağını proqnozlaşdırır.

 

Vəsilə İbrahim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*