Çempionlar Liqasının 5-ci həftəsində Real Madrid Liverpula 2-0 məğlub olub.
KONKRET.az xəbər verir ki, 19 yaşlı oyunçu Arda Gülər karyerasında ilk dəfə ÇL-in matçına “11-lik”də başlayıb. O, yarımmüdafiənin sağ cinahında yer alıb və cərimə meydançasına girməklə qol vurmağa çalışıb.
Qarşılaşmada iz buraxan məqam isə Arda Gülərin qaçırdığı zərbədən sonra Ançelottinin reaksiyası olub. Matçda Ançelottinin milli futbolçuya hər iki əlini açıb “Arda” deyə qışqıraraq reaksiya verdiyi bildirilib.
Matçdan sonra keçirilən mətbuat konfransında Ançelotti deyib ki, Arda müdafiədə yaxşı oynasa da, oyun zamanı daha uğurlu seçimlər edə bilərdi. “O, bu keyfiyyətə sahib futbolçudur. Arda çox gəncdir. Sadəcə olaraq, təcrübə baxımdan əskikliyi var” – deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Arda Güləri 56-cı dəqiqədə Lukas Vaskes əvəzləyib./milliaz