44 günlük müharibədən sonra işğaldan azad olunmuş Azərbaycan ərazilərinin rəsmi adları sosial platformalarda yenidən düzgün formada qeyd olunmağa başlanılıb.
KONKRET.az xəbər verir ki, bu dəfə “Apple Map” və “Apple Weather” tətbiqi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun ərazisində yerləşən şəhərlərin adlarını doğru formada qeyd edib.
Belə ki, sözügedən tətbiqlərin istifadəçiləri artıq qondarma adlarla deyil, Şuşa, Xankəndi, Xocalı, Xocavənd kimi rəsmi adlarla qarşılaşacaqlar.

Olması gərəkən də bu idi ama telefonun Azərbaycan dili ola ola rus diliylə istifadə etməyin özü bir alçaqlıq, vətən xainliyidir