Aprel döyüşçüsünə VƏZİFƏ VERİLDİ – FOTObackend

Aprel döyüşçüsünə VƏZİFƏ VERİLDİ - FOTO

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

KONKRET.az xəbər verir ki, İcra Hakimiyyətindən verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Möhsümov Babək Zaməddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

1993-cü ildə anadan olan B.Möhsümov Gəncə Dövlət Universitetini bitirib. Aprel döyüşlərinin iştirakçısıdır./publika.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*