Əgər Livan ABŞ ilə münasibətlərdə İranın sövdələşmə vasitəsi olsaydı, onda biz çoxdan razılaşma əldə edərdik.
KONKRET.az xəbər verir ki, bunu X hesabında İranın xarici işlər naziri Abbas Arakçı Livan Prezidenti Cozef Aunun ölkəsinin ABŞ ilə danışıqlarda Tehran üçün sövdələşmə vasitəsi olması barədə bəyanatını tənqid edərkən bildirib.
Arakçı, həmçinin Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı C.Aunun mövqeyindən təəccübləndiyini bildirib və İsrailin Livan ərazisində Hizbullaha qarşı quru əməliyyatı keçirməsinə istinad edib:
“Elə düşünmək olar ki, Livanın beşdə birini işğal edən, ölkə əhalisinin dörddə birinin köçkün düşməsinə səbəb olan və hər gün hücumlar həyata keçirən məhz İrandır”.
Qeyd edək ki, daha əvvəl Livan Prezidenti Cozef Aun İranı ABŞ-la danışıqlarda Livandan alət kimi istifadə etməkdə günahlandırıb.
