Arif Quliyevin son vəziyyəti AÇIQLANDIbackend

Arif Quliyevin son vəziyyəti AÇIQLANDI

“Xalq artisti Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır”.

KONKRET.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, Xalq artisti artıq səkkiz gündür ki, süni tənəffüs aparatının dəstəyi altındadır:

“Ağciyər funksiyalarında irəlləyiş əldə etmişik, amma hazırda xəstənin vəziyyətinin kritik olmasında serebro-vaskulyar bir hadisənin olmasından şübhələnirik. Nevropatoloq müayinəsi olub və beyində görüntülənmə olması istənilib. Görüntülənmə istilənməsi riskli və çətindir. Gün ərzində beyin maqnit – rezonans tomoqrafiyasının olmasını planlamışıq. Çalışırıq ki, bu müayinəni edək və beyində olan problemi dəqiqləşdirək”.

“Hazırda vəziyyəti pisdir. Beyində bir patologiyanın olması proqnozun daha pis yöndə olmasına işarə verir”, – deyə həkim əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*