Astarada qəza oldu – Ölən və yaralanan varbackend

Astarada qəza oldu - Ölən və yaralanan var

Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a bildirilib ki, hadisə Motlayataq kəndinin Üləsi adlanan ərazisində qeydə alınıb. İdarəetmədən çıxan minik avtomobili 100 metr hündürlükdən dərəyə aşıb. Qəza nəticəsində sürücü Şahin Şiriyev hadisə yerində ölüb. Avtomobildə olan Motlayataq kənd sakini, 1981-ci il təvəllüdlü Mətləb Vaqif oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*