“Atan ruslardır, Brüssel danışıqlarını pozmaq istəyirlər” – Qabil Hüseynlidən AÇIQLAMAbackend

“Atan ruslardır, Brüssel danışıqlarını pozmaq istəyirlər” – Qabil Hüseynlidən AÇIQLAMA

“Dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədində baş verənlər Rusiyanın əməlləridir”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Qafan rayonunun Nərkin-And qəsəbəsi istiqamətindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunun Kolluqışlaq kəndində yerləşən mövqelərinin atəşə tutulması ilə Rusiya bölgədəki Qarabağ klanını hərəkətə gətirir, “5-ci kolon” vasitəsilə Cənubi Qafqazı qarışdırmaq istəyir:

“Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının pezidenti Şarl Mişelin xahişi ilə Brüsseldə aparılacaq sülh danışıqlarına gedəcəyini bildirib. Mənə elə gəlir ki, Rusiya aranı qarışdırıb, Brüssel danışıqlarının keçirilməsinə əngəl törətmək istəyir”.

Ekspert xatırladıb ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Moskvada keçirilməsini istəyir:

“Bu prosesdə xain düşmən əli var. Onlar Azərbaycanın Ermənistanla sülh əldə etməsini istəmirlər. Buna görə də Brüssel görüşü ərəfəsində həm Ermənistan tərəfi, həm də Azərbaycan Ordusunun hərbi qulluqçuları təmkinli olmalıdır. Odur ki, mən “Qisas əməliyyatı” kimi terminlərin işlədilməsinə qarşıyam. Biz sadəcə olaraq, rəsmi İrəvandan sərhədçilərimizə atəş açanın kimliyinin müəyyəşləşdirilib, məsuliyyətə cəlb edilməsini tələb etməliyik”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*