Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı AÇIQLAMAbackend

Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı AÇIQLAMA

Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satan 10 yaşlı Elvinin videosu yayılıb.

Videoda bir neçə il əvvəl anasının onları qoyub getdiyini deyən azyaşlı qardaşı ilə birlikdə nənəsinin himayəsində yaşadığını qeyd edib. Elvinin sözlərinə görə, suya görə qazandığı 15 manatı isə mərhum atasına başdaşı düzəltdirmək məqsədilə nənəsinə verir.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo” ailənin sosial vəziyyəti, hər hansı sosial yardım verilib-verilmədiyini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edib. Fonddan bildirilib ki, ailəyə ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə olunub:

“Gədəbəy rayonu, Slavyanka kənd sakinləri 10 yaşlı Yusubov Elvin Elbrus oğlu və qardaşı 13 yaşlı Yusubov Emin Elbrus oğlunun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir. Həmçinin nənələri (qəyyumları) Yusubova Fatma Bəşir qızına 327,2 manat yaşa görə pensiya ödənilir. Ümumilikdə ailəyə 567,1 manat aylıq sosial ödəniş edilir.

Ötən dövrdə ailə ünvanlı sosial yardım üçün heç zaman müraciət etməyib. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ailənin yaşadığı ünvanda olaraq onlara görüşüb. Ünvanlı sosial yardımla bağlı qanunvericiliyin tələbləri ailəyə izah olunaraq, ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə edilib. Müraciət edildiyi halda həmin ailənin sosial yardım almaq hüququna baxılaraq qərar veriləcək”.

Qeyd edək ki, artıq ötən gün sosial şəbəkədə Elvinin atasının məzarına başdaşı qoyulduğunu əks etdirən foto da yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*