Avropada pişik qətliamı – ŞOK FAKTbackend

Avropada pişik qətliamı - ŞOK FAKT

Orta əsrlərdə Avropada pişik qətliamı olub.

KONKRET.az-ın xəbərinə görə, bu barədə tarixçi-alim Əkbər Nəcəf öz feysbuk hesabında paylaşım edib.

Alim belə yazıb:

“Dünyanı lərzəyə salan monqol qasırğası haqqında xəbərlər hələ Papa III Honori zamanında (1216-1227) Romada yanqılanmağa başlamışdı. Papa III Honori sadəcə adını eşitdiyi monqolların kim olduğu haqqında tam məlumat sahibi olmadan Çingiz xanla eyni tarixdə vəfat etdi. Xələfi IX Qriqori üçün monqollardan çox “pişiklər” aktual idi. Belə ki, papa pişiklərin şeytanın təcəllisi olduğuna hökm verən məşhur məktublarından sonra Qərb xristian aləmində “pişik və cadugər ovu” başlamış, minlərlə cadugər pişiklərlə birlikdə oda atılıb yandırılmışdır. Lakin pişik terroru Avropa şəhərlərinə səadət gətirmədi. Kütləvi pişik qətliamı şəhərlərdə gəmiricilərin artışına səbəb oldu. Bu da öz növbəsində qara ölüm adlandırılan yoluxucu xəstəliklərin tüğyan etməsinə yol açdı. Pişiyə qarşı sadist zehniyyət Avropada uzun müddət dəyişmədi. Xüsusilə də qara pişiyə qarşı amansız bir inanc formalaşdı”.

Əli Davudoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*