Avstraliya bir sıra rusiyalı jurnalistlərə qarşı SANKSİYALAR TƏTBİQ EDİRbackend

Avstraliya bir sıra rusiyalı jurnalistlərə qarşı SANKSİYALAR TƏTBİQ EDİR

Avstraliya Xarici İşlər Nazirliyi Rusiyadan olan 22 jurnalistə və digər media orqanlarının əməkdaşlarına qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Kremlpərəst təbliğatçılar sanksiyalardan yayına bilməyəcək.

Qeyd edək ki, onların arasında RT, Strateji Mədəniyyət Fondu, İnforos və Xəbərlər Cəbhəsinin rəhbərlərinin də olduğu bildirilir.

Bundan əlavə, Belarus prezidenti Aleksandr Lukaşenko və onun ailə üzvləri – oğlu Viktor Lukaşenko və həyat yoldaşı Qalina Lukaşenkoya qarşı da sanksiyalar tətbiq edilib.

Məhdudlaşdırıcı tədbirlər Belarusun bir sıra nazirləri və hərbi rəhbərlərinə də təsir edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*