Avstraliya və Yeni Zelandiya Çinə qarşı güclərini birləşdirirbackend

Avstraliya və Yeni Zelandiya Çinə qarşı güclərini birləşdirir

Yeni Zelandiya və Avstraliya liderləri Çinə qarşı qüvvələrini birləşdirəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hər iki ölkənin dövlət başçıları Pekinin Honq Konq və Sincandakı hərəkətlərindən dərin narahatlıqlarını ifadə ediblər. COVID-19 pandemiyasının səbəbləri ilə bağlı istintaqın davam etdirilməsinə israr edən Yeni Zelandiyanın Baş naziri Jakinda Ardern avstraliyalı həmkarı Scott Morrisonla danışıqlarda iki ölkənin Çinə yanaşmalarındakı fikir ayrılıqları barədə şayiələri qətiyyətlə rədd ediblər.

“Dialoq zamanı bir dəfə də olsun ticarət və insan hüquqları ilə bağlı məsələlərdə qəti və prinsipial mövqe tutmağın vacibliyi ilə bağlı yanaşmalarımızda hər hansı bir fərq görmədim”, – deyə Yeni Zelandiya lideri bildirib.

Qeyd edək ki, bundan əvvəl Çin mediası yazır ki, Yeni Zelandiya Çin hökuməti ilə daha ayıq bir yanaşma təklif edib. Müzakirələrin ardından Ardern Yeni Zelandiyanın ABŞ, Avstraliya, Kanada və İngiltərəni də əhatə edən kəşfiyyat paylaşma ittifaqının sadiq üzvü olaraq qaldığını vurğulayıb. Avstraliya Baş naziri Pekinin Avstraliya ilə Yeni Zelandiya arasında fikir ayrılığı yaratmağa çalışdığını qeyd edib. Həm Avstraliya, həm də Yeni Zelandiya Hind-Sakit okean bölgəsinin azad və dinc olmasında maraqlıdır və ABŞ-la Çin arasında artan gərginliyin bu hədəfi təhdid etməməsi üçün çalışacaqlarını önə çəkir.

Birlik nümayişi Avstraliya və Çin arasındakı gərginliyin artdığı bir vaxtda Kanberranın Çin telekom nəhəngi “Huawei”yi 5G telefon şəbəkəsindən kənarlaşdırması və yeni koronavirusun mənşəyi ilə əlaqədar müstəqil bir araşdırma tələb etməsindən sonra Pekin bəzi məhaullRIN AvstraliyaYA ixracatını dayandırIb. Yeni Zelandiya bu il sərbəst ticarət müqaviləsini yeniləməklə Pekinlə iqtisadi əlaqələrini gücləndirərək daha diplomatik bir yanaşma göstərir. Bu isə əlbəttə Avstraliya mediasında Vellingtonun Pekinə qarşı çox yumşaq davranması barədə fərziyyələrə səbəb olmuşdu.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*