Avstriyada islama qarşı çağırış olubbackend

Avstriyada islama qarşı çağırış olub

Mərkəz sağçı Avstriya Xalq Partiyasının rəhbəri Yohanna Mikl-Laytner İslamla mübarizədə  tədbirlər görməyə çağırıb.

KONKRET.az xəbər verir ki,  bu açıqlama ölkədə müsəlmanlarla yanaşı, bir çox siyasətçilərin də sərt reaksiyasına səbəb olub. Avstriya Müsəlman Cəmiyyətinin sədri Ümit Vural  Avstriyada İslamın rəsmi din kimi qəbul edildiyini xatırladıb və Mikl-Leitnerin işlətdiyi ifadənin, müsəlmanlara hücum kimi dəyərləndirib: “İslamla mübarizə bəyannaməsi Avstriyadakı müsəlmanları birbaşa hücum və düşmənçilik riski ilə üz-üzə qoyur. Əgər Mikl-Leitner bu sözləri səhvən deyibsə, o, ifadəsini düzəltməlidir, əks halda bu, Avstriyadakı bütün müsəlmanların aşağılanmasına və ayrı-seçkiliyinə, habelə onları nifrət hədəfinə çevirəcək təhlükəli səlahiyyətdən sui-istifadəyə bərabərdir”, – deyə Vural bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*