Avtomobili çayda batan şəxs belə xilas edildi – VİDEObackend

Avtomobili çayda batan şəxs belə xilas edildi - VİDEO

Qax rayonunun Əmircan kəndi ərazisində bir nəfər çayda köməksiz vəziyyətdə qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Qazel” markalı yük avtomobili Əmircan çayını keçərkən qəflətən sel gəlməsi nəticəsində çayda batıb və avtomobilin sürücüsü təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalmış 1986-cı il təvəllüdlü Yahyayev Famil İslam oğlunu çaydan çıxararaq xilas ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*