Aygün Kazımovanın brend geyiminin qiyməti AÇIQLANDI – FOTObackend

Aygün Kazımovanın brend geyiminin qiyməti AÇIQLANDI - FOTO

Tez-tez brend geyimləri və aksessuarları ilə gündəmə gələn Xalq artisti Aygün Kazımova yenidən diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, Türkiyədə istirahətdə olan xanım sənətçi bu dəfə də geyim dəsti ilə müzakirələrə səbəb olub.

İnstaqramda “Kim hardan geyinir” adlı səhifədə onun geyiminin və aksessuarlarının qiyməti paylaşılıb.

Aygün Kazımovanın geyindiyi top və taytın markası “Dolce Gabbana”dır, topun qiyməti 469 dollar (806 manat), taytın qiyməti 782 dollardır (1345 manat). Sandalının markası “Jimmy Choo”, qiyməti 750 dollardır (1275 manat).

Eynəyinin markası isə “Gucci”, qiyməti 408 dollardır (693 manat).

Aygün Kazımova 2409 dollar “ziyana düşdü”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*