“Azadlığa Dəstək” AKTI: Ağ Ev Bakıya tətbiq etdiyi bədnam “907”ni LƏĞV EDİRbackend

"Azadlığa Dəstək" AKTI: Ağ Ev Bakıya tətbiq etdiyi bədnam "907"ni LƏĞV EDİR

“Azadlığı Müdafiə Aktı” Prezident Buş administrasiyası tərəfindən 1992-ci ildə müzakirəyə çıxarılanda erməni lobbisi senatorlara müraciət edərək ABŞ-ın Azərbaycana yardımlarını dayandırmasına çalışıb və niyyətlərinə çatıblar. “Azadlığı Müdafiə Aktı” qanununa xüsusi “907-ci” düzəliş əlavə edilib:

– Ermənistana tətbiq olunan blokada və qondarma rejimə qarşı zor gücündən istifadə dayandırılmayana qədər Ağ Ev rəsmi Bakıya yardım göstərməyəcək.

KONKRET.az xəbər verir ki, 2011-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

– ABŞ-ın indiki lideri Co Baydenin Azərbaycana hərbi yardımı qadağan edən bədnam “907”ni görməzdən gəldiyi məqamlar olub. Halbuki bu ermənipərəst düzəlişin 1992-ci il qəbulunda senator kimi onun da payı var idi. Bundan başqa, Bayden sələfi Trampı Bakıya qarşı “907”ni tətbiq etməməkdə günahlandırırdı. Deyəsən, indi özü də ədalətsiz əyrintidən (düzəlişdən) imtina etmək fikrindədir.

Azərbaycana tətbiq olunan “907”nin ləğvi çərşənbə günü ABŞ senatının beynəlxalq əlaqələr komitəsində müzakirə olunub. Çünki bu “düzəliş” Vaşinqtonun Cənubi Qafqaz maraqlarına ziddir. Həmçinin “907” ABŞ-ın neytral vasitəçiliyini kölgəyə salır. Bu lap ermənipərəst Makronun Fransanın həmsədrliyinin bərpası bəyanatlarına oxşayır. Nəhayət, Birləşmiş Ştatlar bədnam “907-ci” düzəlişi ləğv etməklə Azərbaycana qarşı belə təzyiq vasitələrindən imtina etmiş olacaq. Həm də Ağ Ev Azərbaycana maliyyə və hərbi dəstək göstərə biləcək.

• Düzü, İranla müharibə riskinin artdığı zamanda ordumuzun ABŞ hərbi texnikası ilə daha da güclənməsinin ziyanı yoxdur.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*