Azər Qismət özünü müharibə əlili kimi təqdim edən şəxsi İFŞA ETDİbackend

Azər Qismət özünü müharibə əlili kimi təqdim edən şəxsi İFŞA ETDİ

“İkinci Dünya müharibəsindən sonra bəzi adamlar hərbi paltar geyinərək bir sıra qanunsuz əməllər törətməyə başladılar. “NKVD”nin araşdırmalarından sonra məlum olurdu ki, həmin şəxslər xəstəlik adı ilə müharibədən yayınıblar”.

KONKRET.az-ın məlumatına əsasən, bunu jurnalist və yazıçı Azər Qismət özünün sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Azərbaycanda ilk Qarabağ müharibəsindən sonra da bəzi şəxslər hərbi paltar geyinərək sui-istifadə hallarına yol verdilər, bəziləri obyekt sahibi oldular.

“Artıq 44 günlük zəfər savaşından sonra da belə hallar müşahidə edilməkdədir”, – deyən A.Qismət əlavə edib ki, bəzi sosial şəbəkələrdə Bakı şəhər sakini Mürsəlov Babək Albəndə oğluna yardım göstərilməsi haqqında məlumat yayıldı:

“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladım. Oradan mənə deyildi ki, Babək Mürsəlov heç vaxt hərbi səbəblərdən əlil olmayıb. Ona birinci dəfə 2009-cu ildə ümumi səbəbdən beş il müddətinə 2-ci qrup əlillik təyinatı aparılıb. 2016-cı ildə məlum qərardan sonra vətəndaşın əlillik dərəcəsi heç bir müayinə aparılmadan avtomatik beş il müddətinə uzadılıb. Əlillik müddəti bitdikdən sonra onun yeni göndərişi bu dəfə hərbi səbəb ilə əlaqədar rəsmiləşdirilib və diaqnoz əlillik əlaməti təyin etmədiyindən ona əlillik təyin olunmayıb. Müraciəti əsasında Babək Mürsəlov əyani müayinə edilərkən də göndərişdə qeyd edilən diaqnoz təsdiqini tapmayıb. O, artıq bir neçə dəfə əyani müayinədə iştirak edib və onunla bağlı qərar dəyişməyib”.

A.Qismət vurğulayıb ki, hərb və qazilik adından istifadə etmək əsl şəhid və qazilərimizin adına təhqirdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*