Azərbaycan dili üzrə saatlar ARTIRILDI – RƏSMİbackend

Azərbaycan dili üzrə saatlar ARTIRILDI - RƏSMİ

“Tədrisi qeyri-dillərdə təşkil olunmuş siniflərdə Azərbaycan dili saatları  təxminən 2 dəfə artırılıb, o cümlədən “Zəfər tarixi” dərsliyi Azərbaycan dilində tədris olunacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

“Eyni zamanda, biz bəzi hallarda müşahidə edirik ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda Azərbaycan dili imtahanından aşağı bal yığan məzunlarımız var. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Bu baxımdan düşünürəm ki, faydalı qərardır və ictimaiyyət də bunu müsbət qarşılayacaq”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*