Qoar Meloyan: “Azərbaycan diplomatları Füzuliyə aparır, bizim milli xain isə milli təlxəklə görüşür”backend

Qoar Meloyan: "Azərbaycan diplomatları Füzuliyə aparır, bizim milli xain isə milli təlxəklə görüşür"

“Bu gün Azərbaycan 120-dən çox diplomat, hərbi attaşe və beynəlxalq təşkilatların əməkdaşlarının Füzuli şəhərinə səfərini təşkil edib. Azərbaycan hakimiyyətinin məqsədi ermənilər tərəfindən tamamilə dağıdılmış Füzuli şəhərini göstərmək və bizi təcavüzkar kimi təqdim etməkdir”.

KONKRET.az xəbər verir ki,  bunu Facebook sosial şəbəkəsindəki səhifəsində konstitusiya eksperti Qoar Meloyan yazıb.

Onun sözlərinə görə, Azərbaycan sonradan Ermənistandan 50 milyard dollarlıq zərərin əvəzinin ödənilməsini tələb etmək niyyətindədir.

“Müharibə zamanı Azərbaycan hakimiyyəti Gəncə və Bərdə şəhərlərinə də analoji səfərlər təşkil edib. Bəs bizim iqtidar nə edir? Heç bir şey. Bu arada milli xain (Nikol Paşinyan – red.) və onun marioneti – milli kloun (Qarabağ separatçılarının lideri Araik Arutyunyan – red.) hökumət binasında görüşürlər”, – deyə o yazıb. (Virtual.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*