“Azərbaycan Ermənistanla müharibəni ölkənin dərinliklərində aparacaq” – Erməni politoloqbackend

"Azərbaycan Ermənistanla müharibəni ölkənin dərinliklərində aparacaq" - Erməni politoloq

“Nə olursa olsun Türkiyə və ya Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyənlər ya fəlakətli nəticələrini anlamırlar, ya da qəsdən ölkəni parçalamağa aparırlar”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri politoloq Arman Abovyan jurnalistə verdiyi müsahibəsində bildirib.

O daha sonra deyib: “Xəyanətkar bir razılaşma (demarkasiya) nəticəsində Ermənistan-Türkiyə strateji ərazilərini və yüksəkliklərini Türkiyə-Azərbaycan tandeminə təslim edənlərə elə gəlir ki, Ermənistan bununla sülh əldə edəcək. Əsla bu, belə deyil. Onlar anlamaq istəmirlər ki, bununla müharibəni Ermənistanın dərinliyinə aparacaqlar. Azərbaycan və Türkiyənin Ermənistanla sülhə ehtiyacı yoxdur, çünki bu ölkələrin hər ikisinin ortaq sərhəd formalaşdırmaqda strateji məqsədi var və bu, ilk mərhələdə Syunikin (nəqliyyat dəhlizi) birləşdirilməsini, sonradan strateji yollara nəzarət edilməsini nəzərdə tutur. Ermənistanla İranı birləşdirən cənub yolu artıq Azərbaycan Ordusunun nəzarəti altındadır (Gorus-Qafan dövlətlərarası yolun bir hissəsi). Düşmənin planları həyata kecdikcə vəziyyət daha kritik olacaq. Onda isə hər şeyi itirəcəyik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*