Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanıb.
Sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şəntop və Əsəd Qeysər imzalayıb.
Sonda ailə fotosu çəkdirilib.
***
09:00
Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında birinci üçtərəfli toplantı başlayır.
KONKRET.az xəbər verir ki, toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.
İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi sədrinin və Pakistan İslam Respublikasının Milli Assambleyası rəhbərinin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-dan Azərbaycanda səfərdədir.
