Azərbaycan və Ermənistan liderləri Vyanada GÖRÜŞƏ BİLƏRbackend

Azərbaycan və Ermənistan liderləri Vyanada GÖRÜŞƏ BİLƏR

“Azərbaycan və Ermənistan liderləri Vyanada Qarabağ məsələsi çərçivəsində humanitar məsələləri müzakirə edə bilərlər”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyalı ekspert Mixail Neyjmakov Vesti.az-a bildirib.

“Görüş ATƏT -in Minsk Qrupunun himayəsi altında keçirilsə, çox güman ki, Avropa şəhərlərindən birində, məsələn, Vyanada təşkil olunacaq. Tədbirin ilin sonuna qədər keçirilməsi ehtimalı var”, – deyə M. Neyjmakov bildirib.

O, indiyə qədər belə bir formatda görüşləri “danışıqlar üzrə danışıqlar” adlandırsa da, bu mərhələdə humanitar sahədə müşayiət olunan addımları istisna etmədiyi bildirib. Ekspert bildirib ki, bu dəfəki görüşdə İrəvanın minalı ərazilərin xəritlərinin təhvil verməsi və Azərbaycan tərəfindən “hərbi əsirlər”in geri qaytarılması məsələləri müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*