Azərbaycan yanğınsöndürənləri Laçın və Zabuxda evləri və ətrafı yanğından qoruyacaq.
KONKRET.az xəbər verir ki, bununla bağlı görüntülər erməni seqmentində yayılıb.
“Bu günlərdə şəhər Azərbaycana təslim olandan sonra sakinlərin türklər yaşamasın deyə evlərini yandırmaması üçün Laçın ərazisinə yanğınsöndürənlər göndərilib.
Əvvəllər elə bilirdik ki, şəhərin yaxınlığında Rusiya yanğınsöndürən maşınları növbə çəkir. Lakin sonradan məlum oldu ki, yanğınsöndürənlər Rusiya sülhməramlılarının müşayiəti ilə Laçın şəhərinə Azərbaycandan gəliblər”, – deyə ermənilər yazıblar.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
