Azərbaycana pul köçürmələrinin həcmi ARTIBbackend

Azərbaycana pul köçürmələrinin həcmi ARTIB

2023-cü ilin yanva-mart aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $451,539 milyon təşkil edib ki, bu da 2022-ci ilin birinci rübünün göstəricisindən 88,1% çoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Hesabat dövründə köçürmələrin böyük hissəsi – $312,629 milyon (artım 3,1 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 69,2%-i (2022-ci ilin ynavra-mart aylarında xüsusi çəki 41,5% təşkil edib) Rusiyadan həyata keçirilib.

Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($32,635 milyon, artım 39,3%), ABŞ ($15,844 milyon, azalma 2,1 dəfə), BƏƏ ($7,661 milyon, artım 20,6%) və Böyük Britaniya ($9,194 milyon, artım 17,9%) daxildir.

AMB-nin məlumatına görə, 2023-cü ilin birinci rübündə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 12,6% azalaraq $132,4 milyona çatıb.

Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($34,149 milyon, azalma 16,6%) tutur. İl ərzində Azərbaycandan bütün köçürmələrin 25,8%-i (2022-ci ilin yanvar-mart aylarında 27%-i) Türkiyənin payına düşüb.

Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($12,773 milyon, azalma 18,5%), ABŞ ($12,711 milyon, azalma 14,8%), RF ($19,879 milyon, azаlmа 3,9%) və Böyük Britaniya ($6,033 milyon, azalma 2,1 dəfə) daxildir.

2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə), Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (artım 0,5%) təşkil edib. (İnterfaks-Azərbaycan)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*