Azərbaycanda bu mənzərə İranı hövsələdən çıxarıb – ŞƏRHbackend

Azərbaycanda bu mənzərə İranı hövsələdən çıxarıb - ŞƏRH

İran Azərbaycan sərhədlərində keçirdiyi təlimləri davam etdirdiyi bir vaxtda Azərbaycanda olan agentura şəbəkəsini xüsusilə aktivləşdirdirib.

KONKRET.az bildirir kl, 1-ci Qarabağ müharibəsində Ermənistanın Qarabağı işğal etməsindən sonra, ermənilər Azərbaycanı daxildən parçalamaq, Azərbaycanda yaşayan müxtəlif millətlərdən etnik separatizmi qizışdırmaq və Azərbaycanı daxildən parçalamaq üçün ciddi cədlə istifadə etməyə çalışdıqları bir vaxtda, Azərbaycan dövləti bunun əksinə olaraq ölkədə olan birliyi qorumaq üçün Azərbaycançılıq təbliğatı aparmış və vətəndaşlarını ölkədə yaşayan bütün millətlərə qarşı tarixən soyqırım törətmiş ermənilərə qarşı birləşdirmişdir.

Bu birlik həmişə ön fonda Ermənistanı narahat etsə də, arxa fonda ən çox İranı narahat edib. 2-ci Qarabağ müharibəsində Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin bir bayraq altında ermənilərə qarşı apardıqları mübarizə və internetdə yayılan videolardan da göründüyü kimi, İslam dininin sonradan yaranan şiə məzhəbinə etiqad edən gənclərin də bu müharibədə ermənilərə qarşı aktiv iştirakı İrandakı ağayi-mollaları və onların burdakı nökərlərini daha da hövsələdən çıxarıb. Bu səbəbdən müharibədən sonra sosial şəbəkələrdə yaydıqları videolarda şiə gəncləri bir bayraq altında və bir komandanın əmrində müharibə etməkdən çəkindirməyə çağırışlar edirlər. Bu təbliğat zamanı isə daha çox din pərdəsi altında gizlənərək şiəliyi ön plana çıxarıb, gənclərin öz milli kimliyini unutmalarına çalışırlar ki, İranla baş verə biləcək hər hansı bir gərginlikdə bu gənclərdən Azərbaycan dövlətinə qarşı istifadə edə bilsinlər. /FAKTLARLA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*