Azərbaycanda fişinq hücumlarının sayı kəskin artdıbackend

Azərbaycanda fişinq hücumlarının sayı kəskin artdı

Bu ilin avqust ayında Azərbaycanın “.az” domenində olan saytların hər 25-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

KONKRET.az-ın “Netcraft” analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 1510-u fişinq hücumunun qurbanı olub.

Bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 4%-ni təşkil edir. Bu göstərici üzrə avqust ayı ərzində iyulla müqayisədə 9 dəfə artım müşahidə olunub.

Qeyd edək ki, bu günə “.az” domenində 37,7 mindən çox sayt qeydiyyatdan keçib.

“Netcraft”ın məlumatına görə, Ukraynada hər 134, Rusiyada 21, Belarusda 522, Latviyada 19, Litvada 173, Estoniyada 16, Qazaxıstanda 334, Özbəkistanda 24, Tacikistanda 120, Qırğızıstanda 357, Gürcüstanda 124, Ermənistanda isə 241 sayta bir uğurlu fişinq hücumu düşür. /APA-Economics

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*