backend

Azərbaycanda hər 6 aydan bir vaksin vurula bilər - AÇIQLAMA

“Əhaliyə on illərlə hər 6 aydan bir virus əleyhinə vaksin vurula bilər. Buna hazır olsunlar. Əgər başqa ştammlar da meydana gələrsə, ona uyğun vaksinlər hazırlanacaq. Hər 6 aydan bir bu prossedur tətbiq olunacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri həkim-mütəxəssis Vasif İsmayıl, “ARB24”ə müsahibəsi zamanı bildirib.

O, koronavirusun qriplə müqayisədə öldürücülüyünün daha çox olduğunu qeyd edərək, məhs ona qarşı peyvəndin tətbiqinin zəruri olduğunu vurğulayıb:

“Əvvəllər zökəm peyvəndi vurdurmaq məcburi deyildi. Amma COVID-19-un peyvəndi məcburi olacaq. İnsanlar indi etiraz edirlər. Onların səyahət imkanları əllərindən alınanda və başqa yerlərə buraxılmayanda məcbur vaksin vurduracaqlar. Xarici ölkələrə getmək istəyəndə peyvəndlənmə haqqında pasport istəyəcəklər, onda hamı məcbur olub vaksin vurduracaq”./Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*