Azərbaycanda küçəyə atılan körpənin vəziyyəti AÇIQLANDI – YENİLƏNİBbackend

Azərbaycanda küçəyə atılan körpənin vəziyyəti AÇIQLANDI - YENİLƏNİB

“Ağcabədi rayonunda küçəyə atılan körpə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O qeyd edib ki, körpə barədə lazimi tədbirlər görülür:

“Valideynlərinin tapılması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.

***

13:35
Azərbaycanda daha bir yenidoğulan körpə küçəyə atılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

O bildirib ki, körpə oğlan Ağcabədi rayonunda küçəyə atılıb:

“Bu mələk bu gündən anasızdır. 15 gün ərzində bizim bildiyimiz 3-cü atılan uşaqdır. Bu dəfə də Ağcabədidə”.

Xatırladaq ki, daha öncə Sumqayıtda və Ucarda körpələr küçəyə atılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*