“Azərbaycanın İrəvandakı nümayəndəliyi…” – Babayandan şok iddiabackend

“Ermənistanın mövcud hökuməti Azərbaycanın İrəvandakı nümayəndəliyidir” – Babayandan ŞOK İDDİA

Nikol Paşinyan parlamentin tribunasından çıxış edərək, müxalifətin fəaliyyətinin əsirlərin geri qaytarılması prosesinə zərər verdiyini bəyan edir, o, bununla sadəcə yalan danışır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Vətən” partiyasının rəsmisi Arsen Babayan deyib.

Babayan Ermənistan baş nazirinin öz uğursuzluğunu müxalifətin adına yazmağa çalışdığını bildirib:

“Bel çantaları” (Paşinyan tərəfdarları – red.) belə bir yalan danışdıqdan sonra xalqın onları qoruyacağını düşünürsə, o zaman bu cəmiyyəti təhqir edirlər. Çünki bir nəfər də 44 gün yalan danışan bu insana inana və ya etibar edə bilməz”.

Siyasətçi Ermənistan hakimiyyətini Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib: “Ermənistanın mövcud hökuməti Azərbaycanın İrəvandakı nümayəndəliyidir”.

Babayan baş verənlərə baxmayaraq, Paşinyanın istefa vermək niyyətində olmadığını, əksinə cidd-cəhdlə qarşıdakı seçkilərə hazırlaşdığını söyləyib:

“Aydındır ki, seçkiləri təşkil edərkən güclərini qorumaq üçün son dərəcə cinayətkar addımlara əl atacaqlar. Mütləq belə olacaq. Paşinyan hakimiyyətdən getməli idi, amma bu baş vermir. Amma cinayət işi çərçivəsində prokurorluq istintaqa başlamalı və Paşinyanı həbs etməlidir”.teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*