Azərbaycanla dost mövqedə olan bu ölkələr İranın təhdidi QARŞISINDA: NƏ BAŞ VERİR?backend

Azərbaycanla dost mövqedə olan bu ölkələr İranın təhdidi QARŞISINDA: NƏ BAŞ VERİR?

Bəhruz Həsənov
Bəhruz Həsənov

Azərbaycan Türkiyə ilə qardaşlıq, dostluq, strateji müttəfiqlik kimi əlaqələrə malikdir. İran isə qardaş Türkiyəni sevmir, hətta nifrət edir… Azərbaycan ilə İsrail arasında qarşılıqlı-faydalı, sağlam təməllər üzərində inşa edilmiş əlaqələr var. İran İsraili yer üzündən silmək kimi mənasız çağırışlarla məşğuldur…

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hörmət və ehtirama söykənən münasibətlər mövcuddur. Səud dövləti Ermənistanı tanımaqdan qətiyyətlə imtina edib. Ümumiyyətlə, hər zaman bu ölkənin dəstəyini hiss etmişik. İran Səudiyyə Ərəbistanını düşmən dövlətlər sırasına daxil edib, vaxtaşırı orda müxtəlif teraktlar törətməyə cəhd edir…

Azərbaycan Ermənistanla illərdir savaş halındadır, işğalçı ölkə 10 minlərlə müsəlmanı qətl edib, soyqırım törədib, məscidləri, dini abidələri təhqir edib, şəhərləri yer üzündən silib…

İran isə Ermənistan ilə sıx müttəfiqlik, isti qonşuluq, məhrəm dostluq münasibətləri qurub və daha da inkişaf etdirir. Dostlarımızla düşmən, düşmənimizlə dost olan, bizə isə müsəlmanlıq, ümmət, məzhəb və s. nağıllar sırımağa çalışan ölkənin dini də, məzhəbi də, inancı da qondarmadır, sünidir, məqsədlidir və başlarına dəysin! Biz yolumuza dostlarımızla davam edək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*