Azərbaycanla İran bu məsələlərdə razılığa gəlib – XİN rəhbəri AÇIQLADIbackend

Azərbaycanla İran bu məsələlərdə razılığa gəlib - XİN rəhbəri AÇIQLADI

“İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”.

KONKRET.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, – C.Bayramov bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərinə toxunan C.Bayramov deyib: “Səfər zamanı Qız Qalası-Xudafərin hidroqovşaqların istifadəyə verilməsi, Ordubad Su Elektrik stansiyasının, Astara çayı üzərindən avtomobil və piyada körpüsünün tikilməsinin başa çatdırılması və digər məsələlər müzakirə edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*