“Azərbaycanlı icmasının ləğvi I Qarabağ savaşının mirası ilə vidalaşmaqdır” – Zahid Orucbackend

“Azərbaycanlı icmasının ləğvi I Qarabağ savaşının mirası ilə vidalaşmaqdır” - Zahid Oruc

“Qarabağın azərbaycanlı icmasının ləğvi Vətən Müharibəsində qələbəmizin siyasi nəticəsidir və 1-ci Qarabağ savaşının mirası ilə vidalaşmaq deməkdir”.

KONKRET.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə deyib.

O qeyd edib ki, icmanın ləğvi daha iki mesajın dünyaya verilməsidir:

“Birincisi, status olmayacaq. Yəni, “erməni icması” anlayışı qəbul edilməyəcək, onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub yaşaya bilərlər.

Nəhayət, azərbaycanlı icmasının ayrıca ictimai-siyasi vahid kimi ləğvi Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır. Qoy Minsk qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi-Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözsün!”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*