Azərbaycanlılar SSRİ üçün “darıxır” – “Sputnik”dən QƏRİBƏ SORĞUbackend

Azərbaycanlılar SSRİ üçün “darıxır” - “Sputnik”dən QƏRİBƏ SORĞU

Rusiya hakimiyyətinin təbliğatını aparan “Sputnik” agentliyinin sifarişi əsasında SSRİ-nin keçmiş 11 ölkəsində 35 yaşdan yuxarı sakinlər arasında sorğu keçirilib.

KONKRET.az xəbər verir ki, Kremlin təbliğat maşınının gəldiyi qənaətə görə, keçmiş ittifaq sakinləri SSRİ-də həyatın müstəqillik dövrlərindən daha yaxşı olduğunu bildiriblər. Belə ki, Rusiyada respondentlərin 64%-i, Ukraynada isə 60%-i SSRİ-də həyat keyfiyyətinin indikindən yaxşı olduğunu deyiblər.

Maraqlı məqam odur ki, sorğu iştirakçıları arasında SSRİ üçün ən çox darıxan Ermənistan və Azərbaycan sakinləri olublar. Belə ki, ermənilərin 71%-i, azərbaycanlıların isə 69%-i SSRİ dönəmində həyatın indikindən daha yaxşı olduğunu qeyd ediblər. SSRİ üçün ən az darıxanlar siyahısına isə özbəklər (4%) liderlik ediblər./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*