Azərbaycanlılara nifrət edən erməni deputatın başı dərddə – FOTObackend

Azərbaycanlılara nifrət edən erməni deputatın başı dərddə - FOTO

Ermənistan Parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zöhrabyanı Strasburqdakı azərbaycanlılar və Azərbaycan səmiyyəti yaxşı tanıyır. O, erməni yalanlarını təbliğ edən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini gizlədən, Avropanın tanınmış siyasətçləri ilə şübhəli ə laqələr yaradan siyasətçi kimi ad qazanıb. Amma görünür, Ermənistanda onu sevməyənlər də var. Bu ölkənin millət vəkili Kristine Poqosyan Nairə Zöhrabyanın fəaliyyətini təqdir edən jurnalistlərə qarşı cəbhə açıb. KONKRET.az xəbər verir ki, o, xüsusilə jurnalistlərdən Andranik Koçaryana qarşı aqressiv hərəkətləri ilə medianın gündəminə gəlib. Kristine Poqosyan deputat həmkarını tez-tez tənqid edir, onun uğursuz fəaliyyətini gündəmə gətirməyə çalışır, Nairaya yaxın jurnalistlərə sərt münasibəti ilə narahat edir.

Nairə Zöhrabyanı müdafiə edənlər isə onun görünüşününü belə zəif və çirkin olduğunu qabardaraq vurğulayırlar ki, xüsusən bir siyasətçi üçün mənasız xarakter və ruhsuzluq artıq cəmiyyət üçün də dağıdıcı olur.

Jurnalistlər Poqosyanı Nikol Paşinyan hökumətini çox tərifləməkdə və yaltaqlanmaqda ittiham edirlər.

Naira Zöhrabyan isə Kristine Poqosyanın ona olan mənfi münasibətinə özünün facebook profilində mövqe bildirib:

“Dünən mənimlə bağlı yazılanları tapdım və oxudum ki, siyasətdə olduqlarını düşünən bəzi qadınlar məni tez-tez xatırlayırlar.

Əlbətdə ki, cavab verməyəcəyəm, çünki cavab üçün belə uzun bir yol var. Əlbətdə ki, orada olsalar.

Koko Şaneli bir daha xatırladım: “Haqqımda nə düşünməyinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən heç səni düşünmürəm. “

Hamımıza gününüz xeyir. O cümlədən çox qəzəbli xanımlara”.

Qeyd edək ki, azərbaycanlılara xüsusi nifrəti olan deputat facebookda çox aktivdir.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*