backend

Azərbaycanlılara qarşı vuruşan osetinlər - ƏTRAFLI - FOTO

Birinci Qarabağ müharibəsində osetinlərdən ibarət terror qruplaşması da azərbaycanlılara qarşı döyüşüb.

KONKRET.az erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, 1992 -ci ildə 30 nəfər osetin, 3 erməni, 1 kabardin, 1 rus, 1 tatar olmaqla 36 nəfərdən ibarət ermənilər tərəfindən döyüşmək üçün Qarabağa gəlib.

Hazırda onlardan yalnız yeddisi sağ qalıb. Qalanları qəhrəman Azərbaycan əsgərləri tərəfindən öldürülüb.

“Osetiya dəstəsi”nə Mirzə Abayev başçılıq edib. O, Qarabağdan əvvəl inquşlara və gürcülərə qarşı vuruşub. Xüsusilə gürcülərə qarşı müharibədə xüsusi amansızlığı ilə seçilib. 1994-cü ildə ağır yaralanmaqla məhv edilib.

Digər osetin Aslan Qateyev Laçında gedən döyüşlərdə iştirak edib.

Georgi Vəliyev isə qumbaraatan olub. Oleq Qusov Tsxinvalidən idi, xüsusi təyinatlılarda olmuşdu. Nurməhəmməd Budayev Azərbaycan əsgərlərinə əsir düşüb.

Boris Əliyev xüsusi təyinatlı batalyona rəhbərlik edib. İlk günlərdən Ağdərə və Kəlbəcərdə terror hadisələrinin fəal iştirakçısı olub.

Aleksandr Zandiev də Osetiya-İnquş və Osetiya-Gürcüstan müharibələrində iştirak etmişdi. Qarabağda ermənilərin, osetinlərin və rusların vuruşduğu könüllü Şimali Qafqaz tağımının komandiri idi.

Bu taqım xüsusilə Ağdam rayonunda aktiv olub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*