backend

“Azəriqaz”ın mütəxəssisləri İçərişəhərdə partlayış baş verən əraziyə baxış keçirdi

Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri həmin məkana baxış keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“İlkin qənaətimiz belədir ki, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb. Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*