“Azərpoçt”un şöbələrində Dövlət Bayrağı Günü ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcəkbackend

“Azərpoçt”un şöbələrində Dövlət Bayrağı Günü ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrində 9 noyabr -Dövlət Bayrağı Günü ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.

“Azərpoçt”dan KONKRET.az-a  verilən məlumata görə, 9 noyabr tarixində Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri 09:00-dan 17:00-dək, paytaxtın Üzeyir Hacıbəyli-72 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə 09:00-dan 18:00-dək vətəndaşların xidmətində olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*