Cəlilabad rayonunda 5 yaşlı uşağı maşın vurub.
KONKRET.az xəbər verir ki, qəza rayonun Musalı kəndində baş verib.
Hadisə nəticəsində xəsarət alan kənd sakini, 5 yaşlı Ceyhun Fərəcli ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb.
O, müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalarından birinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.
