Bakı Dərin Özüllər Zavodunda qəza baş verdi – Xəsarət alan yoxdurbackend

Bakı Dərin Özüllər Zavodunda qəza baş verdi - Xəsarət alan yoxdur

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

KONKRET.az xəbər verir ki, “BOS Shelf”dən verilən məlumata görə, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*