Bakı metrosunda relslərin üzərində gəzişən şəxslə bağlı MƏLUMATbackend

Bakı metrosunda relslərin üzərində gəzişən şəxslə bağlı MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasında qatar qolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb.

KONKRET.AZ xəbər verir ki, DİN-dən verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər qatar yoluna düşərək, orada gəzişərkən DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*