Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara başlamasının müddəti 2022-ci il iyunun 30-a kimi uzadılıb.
KONKRET.az xəbər verir ki, bunu Bolqarıstanın Energertika və Su Təchizatının Tənzimlənməsi Komissiyasının sədri İvan İvanov deyib.
O qeyd edib ki, bununla bağlı ICGB AD layihə şirkətinin müracəti qəbul edilib.
Şirkətdən bildiriblər ki, koronavirus pandemiyası və layihənin Bolqarıstan sahəsindəki keçidin əlavə ekoloji qiymətləndirilməsi zərurəti boru kəmərinin tikintisini ləngidib.
Qeyd edək ki, IGB Yunanıstanın və Bolqarıstanın milli qaz-nəqliyyat sistemlərini birləşdirəcək. Boru kəmərinin planlaşdırılan uzunluğu 182 kilometr, buraxılış gücü iki istiqamətdə ildə 3 milyard kubmetr təşkil edir. Axar.az
