“Bakı üçün çox darıxıram” – Rüstəm İbrahimbəyovbackend

"Bakı üçün çox darıxıram” - Rüstəm İbrahimbəyov

“Yaradıcı adamların daimi yeri olmur. Əgər bu kino ilə bağlıdırsa, deməli, bu bizə də aiddir. Hazırda işlərimlə bağlı İsrailə gəlmişəm. Sabah isə Bakıya gəlirəm”.

KONKRET.az xəbər verir ki, bunları tanınmış kinorejissor Rüstəm İbrahimbəyov deyib.

O, səhhətindən danışarkən Bakı üçün darıxdığını da gizlətməyib: “Səhhətim normaldır. Daimi olaraq müayinələri davam etdirirəm. Həmçinin Bakı üçün də çox darıxıram”. 

Rüstəm İbrahimbəyov Azərbaycandakı siyasi prosesləri yaxından izlədiyini də söyləyib: “Bilirəm ki, fevral ayı Azərbaycan üçün siyasi baxımdan önəmli aydır. Ölkə parlament seçkilərinə hazırlaşır. Kənardan müşahidələrimə əsasən deyə bilərəm ki, bu seçkilərdə güclü rəqabət hiss olunur. Hər kəs deputat olmağa iddialıdır. Ancaq əsas fikirlərimi seçkilərdən sonra deyəcəm”. 

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov 2013-cü ilin prezident seçkilərində Milli Şurasının vahid namizədi olub.

O, axırıncı dəfə 2019-cu ilin fevralında Bakıya gəlib.

(Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*