“Bakı və İrəvan bunu hələ də həll etməyib” – AÇIQLAMAbackend

“Bakı və İrəvan bunu hələ də həll etməyib” - AÇIQLAMA

“Bakı və İrəvan Azərbaycandan təbii qazın tədarükü məsələsini hələ də həll etməyiblər”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayır.

İdarədən bildirilib ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə magistral qaz kəmərləri vasitəsilə birləşdirilib: Qazax-İrəvan, diametri 1000 mm, 6 km bərpa olunmalıdır; Şərur – İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir; Gorus-Naxçıvan, diametri 700 mm, 16,5 km bərpa olunmalıdır.

Ötən ilin payızında ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Ermənistanın siyasi məsələlər həll olunacağı təqdirdə Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazır olması barədə danışıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*