Bakıda evdə yanğın olub, xəsarət alan varbackend

Bakıda evdə yanğın olub, xəsarət alan var

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 20 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*